“Yeni oyun üslubumuzun üzərində çalışmalıyıq”
09.07.2012 - 11:23
“Yeni oyun üslubumuzun üzərində çalışmalıyıq”
“Mən də “Neftçi” ilə qarşılaşmada öz oyunumu göstərə bilmədim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Dinamo” klubunun futbolçusu Srcan Luçin deyib.

26 yaşlı müdafiəçi Bakının “Neftçi” klubu ilə yoxlama oyunundakı 0:2 hesablı məğlubiyyətin səbəbini açıqlayıb: “Bu matç bizə göstərdi ki, öz oyunumuzu hələ çox yaxşılaşdırmalıyıq. Yeni oyun üslubumuzun üzərində çalışıb daha da təkmilləşdirməliyik. Bu isə o deməkdir ki. işimiz çoxdur”.
0