“Emil Mpenzanın bu durumu başa düşüləndir”
09.07.2012 - 13:48
“Mən heç vaxt ağlıma gətirməzdim ki, Emil Mpenza kimi futbolçu bu vəziyyətə düşsün”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçikanın “Beveren” klubunun baş məşqçisi Dirk Gerard deyib.
Mütəxəssis komandasının düşərgəsində olan Emil Mpenzanın durumundan şikayətlənərək, son klubu “Neftçi” olan hücumçunun indiki səviyyəsindən narazılıq edib: “Lakin bu da başadüşüləndir. Axı o, təxminən 5 ay heç bir klubda hazırlıq keçməyib. Bu da özünü göstərməyə bilməz. Emil çox geri qalır. Lakin biz ona vaxt versək, Mpenza öz dəyərini göstərə bilər. Hər bir məşqçi yığmada 50-dən artıq oyun keçirən futbolçunun nə demək olduğunu yaxşı başa düşür”.
Qeyd edək ki, Emil 2010-cu ilin yayından 2012-ci ilin yanvarına kimi “Neftçi”də çıxış edib,

0
0