FİFA nümayəndələri Bakı stadionlarında təftiş apardılar - FOTOSESSİYA
09.07.2012 - 14:37
FİFA nümayəndələri Bakıdakı stadionlara baxış keçiriblər. Apasport.az saytının məlumatına görə, Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatının başlanmasına bir neçə həftə qalmış ölkəmizdə səfərdə olan ali dünya futbol qurumunun nümayəndə heyəti və Yerli Təşkilat Komitəsinin (YTK) üzvləri hazırlıq çərçivəsində turnirin keçiriləcəyi stadionlara baxış keçirib. Baxış zamanı FİFA və YTK-nın müvafiq mütəxəssisləri yenidənqurma və bərpa işlərinin aparıldığı "Şəfa" və Tofiq Bəhramov adına Respublika stadionunda lazımi təftişlər apararaq, müvafiq tövsiyələrini veriblər.
Mənbə: affa.az
Mənbə: affa.az
- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
0
0