Berti Foqtsdan imtina edənlərin seçimi
10.07.2012 - 18:15
Polşa milli komandasının yeni baş məşqçisinin təyinatı reallaşıb. Apasport.az saytının məlumatına görə, Futbol İttifaqının Məşqçilər Şurası seçimi Valdemar Fornalekin lehinə edib. Belə ki, 14 nəfərdən 11-i “Rux”un 49 yaşlı çalışdırıcısının xeyrinə səs verib.
Səsvermədə digər 2 namizəd Polşa yığmasını 2000-ci ildən 2002-ci ilə kimi çalışdıran Yeji Engelllə bu ilin martına kimi “Poloniya”da işləmiş Yatsek Zelinski olub. Sonuncu “Qrotslin”lə “Lex”in baş məşqçisi kimi avrokuboklarda “MKT-Araz”la “İnter”ə rəqib olaraq, qalib gəlib.
Qeyd edək ki, polşalılar Avropa çempionatından sonra istefa verən Frantişek Jmudanın yerinə baş məşqçi postuna millimizin almaniyalı çalışdırıcısı Berti Foqts da namizəd göstərsə də, sonda ondan imtina edərək, yerli mütəxəssisə üstünlük verməyi qərara aldı.

0
0