Ramiz Məmmədov “Qəbələ”yə qayıtdı
10.07.2012 - 23:00
Ramiz Məmmədov “Qəbələ”yə qayıtdı
“Qəbələ”də yeni təyinat rəsmiləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandanın sabiq baş məşqçisi Ramiz Məmmədov klubda yeni posta - idman direktoru vəzifəsinə təyin olunub. Bununla da 44 yaşlı mütəxəssisin 2 illik fasilədən sonra əvvəlki klubunda yenidən fəaliyyətə başlayıb.

Məmmədov 2009/10 mövsümü başa çatandan sonra “Qəbələ”nin baş məşqçi postundan ayrılmışdı. Bunadək isə o, 4 mövsüm komandanın sükanı arxasında olub.

2006/07 mövsümünün gedişində bu posta təyin alınan Məmmədov baş məşqçi kimi “Qəbələ”ni hamıdan çox - Azərbaycan çempionatının 100, kubokunun 18 oyununa çıxarıb.