Yunis Hüseynov: İlk oyunda olduğu kimi yenə rəqibdən güclü oynadıq
10.07.2012 - 21:50
“Nomme Kalyu” ilə oyunumuz gərgin keçdi. Qələbə bizim tərəfimizdə oldu və mərhələ keçən “Xəzər Lənkəran” oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.
Avropa Liqasının I təsnifat mərhələsinin “Nomme Kalyu”ilə Estoniyadakı cavab qarşılaşmasındakı 2:0 hesablı qələbəsən sonra təcrübəli mütəxəssis oyun haqda fikirlərini açıqlayıb: “İlk oyunda olduğu kimi yenə rəqibdən güclü oynadıq. Lənkəranda da estoniyalılardan üstün oyun göstərmişdik. Biz ilk oyunda da qalib gəlməli idik. Lakin ilk oyunda lazımi nəticəni ala bilməmişdik. Bu dəfə isə hücumda istədiyimiz qolları vurduq. Müdafiədə isə daha etibarlı oynayıb qələbə qazandıq. Bütün Azərbaycanı, bütün futbolsevərləri qələbə münasibətilə təbrik edirəm”.”

0
0