İqor Prins axmaq səhvlərdən danışdı
10.07.2012 - 22:36
“Avropa Liqası ilə belə tez vidalaşmaq çox üzücüdür. Amma nə etmək olar? “Xəzər Lənkəran” daha güclü idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Estoniyanın “Nomme Kalyu” klubunun baş məşqçisi İqor Prins deyib.
O, Avropa Liqasının I təsnifat mərhələsinin “Xəzər Lənkəran”la qarşılaşmasındakı 0:2 hesablı məğlubiyyəti belə əsaslandırıb: “Lənkərandakı oyunda öz meydanımızdakından daha yaxşı təsir bağışlamışdıq. Elə buna görə də səfərdə 2:2 hesablı heç-heçə əldə etmişdik, bu dəfə isə uduzduq. Bu gün çox axmaq səhvlərə yol verdik. Elə bunun nəticəsi idi ki, uduzduq və avrokuboklarda mübarizəni dayandırdıq”.

0
0