“Xəzər Lənkəran” nə vaxt qayıdır?
10.07.2012 - 23:55
2012/13 mövsümündə avrokuboklarda ilk mərhələ keçən Azərbaycan klubu olan “Xəzər Lənkəran” bu gecə Vətənə qayıdır. Apasport.az saytının məlumatına görə, I təsnifat mərhələsində Estoniyanın “Nomme Kalyu” klubunu mübarizədən kənarlaşdıran təmsilçimiz Avropa Liqasında yoluna davam edəcək.
Yunis Hüseynovun baş məşqçisi olduğu komanda cütün taleyinə aydınlıq gətirən cavab oyunundan dərhal sonra hava limanına tələsib. “Xəzər Lənkəran” oyunun bitməsindən təxminən 1 saat sonra – yerli vaxtla 22:55 (Bakı vaxtı ilə 00:55-də) təyyarə ilə Tallini tərk edib.
Baltikyanı dəniz sahillərini fəth edən komanda 4 saat 10 dəqiqəlik uçuşdan sonra Bakı hava limanında olacaq. Tarixində ilk dəfə mərhələ keçən komandanın azarkeşləri artıq səhərə yaxın komandanı paytaxtımızda qarşılamaq imkanı qazanacaq. Belə ki, “Xəzər Lənkəran” təxminən 5:05-də Bakıya çatacaq.

0
0