Rahid Əmirquliyev: Sübut elədik ki, rəqibdən daha güclüyük
10.07.2012 - 23:10
Rahid Əmirquliyev: Sübut elədik ki, rəqibdən daha güclüyük
“Ağır oyun oldu. Biz sübut elədik ki, rəqibdən daha güclüyük”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev deyib.

Milli komandamızın da üzvü olan yarımmüdafiəçi Avropa Liqasının I təsnifat mərhələsində “Nomme Kalyu” üzərində qazanılan qələbədən danışıb. O bildirib ki, Lənkəranda keçirilən ilk oyunda qeydə alınan nəticə (2:2) sırf təsadüf idi: “Əslində, biz ilk oyunda qələbə qazanmalı idik. Amma Lənkəranda bəxtimiz gətirmədi. Bu gün daha yaxşı çıxış edib, qələbə qazandıq. Azarkeşlərimizi təbrik edirəm”.

Əmirquliyev növbəti mərhələdə qarşılaşacaqları “Lex”lə görüş barədə də danışıb: “Biz Polşalılarla görüşdə də qələbə qazanmağa çalışacağıq”.