Millimiz Bolqarıstan yığmasına qalib gəldi
11.07.2012 - 08:50
Azərbaycanın və Bolqarıstanın 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında yoldaşlıq görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, Qəbələdə keçirilən matç yığmamızın 1:0 qələbəsi ilə nəticələnib. Yeganə qolun müəllifi Aysun Əliyeva olub.
Oyun affatv.az saytında canlı yayımlansa da, əlverişsiz hava şəraiti - güclü yağışla əlaqədar sonradan dayandırılıb. Ancaq komandalar meydanı tərk etmədiyindən, oyun davam edib.
Qeyd edək ki, millimiz dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə həmin rəqiblə 2-ci oyununu da həmin məkanda keçirəcək. İyulun 12-də olacaq həmin matç da saat 18:00-da başlayacaq.

- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
0
0