Sissi Rayt: Sərfəli nəticəni qoruyub saxlaya bildik
11.07.2012 - 08:54
Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığma komandasının (U-17) baş məşqçisi Sissi Rayt Bolqarıstanın U-17-si yoldaşlıq görüşündə qazandıqları qələbəni (1:0) şərh edib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis bu ilin payızında ölkəmizdə keçiriləcək dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə Qəbələdə keçirilən matçda yetirmələrindən razı qalıb. O, AFFA-nın rəsmi saytına açıqlamasında belə oyunların vacibliyini bildirib: “Çox yaxşı oynadıq. Müxtəlif məqamlarda zəif təsir bağışlasaq da, sərfəli nəticəni qoruyub saxlaya bildik. Təcrübəmizin artması üçün belə rəqiblərlə yoldaşlıq oyunları keçirməyimiz vacibdir”.
Qeyd edək ki, yığmamız bolqarlarla Qəbələdə sabah da görüşəcək.
Qeyd edək ki, yığmamız bolqarlarla Qəbələdə sabah da görüşəcək.
0
0