“Neftçi”dən yarımçıq qələbə
11.07.2012 - 08:57
"Neftçi" Avstriya hazırlığı çərçivəsində son oyununu keçirib. Apasport.az saytının məlumatına görə, bakılılar Xorvatiya çempionu "Dinamo" klubu ilə qarşılaşıb.
Ötən yay Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibinə 0:3 hesabı ilə uduzan “Neftçi” həmin darmadağının əvəzini 1 ildən sonra çıxmağa cəhd edib. Həmin vaxt cavab oyununda qolsuz heç-heçə ilə kifayətlənən paytaxt təmsilçisi bu dəfə 1:0 hesabı ilə öndə olsa da, matç başa çatmayıb.
Belə ki, əlverişsiz hava şəraiti - yağış “Neftçi”nin qələbəsini sonadək sürdürməsinə əngəl olub. İkinci hissənin əvvəlində matç dayandırılıb. Qarşılaşmadakı yeganə qolu isə Emin Mehdiyev 24-cü dəqiqədə vurub.

- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
0
0