Hamit Altıntopun “Qalatasaray”da qazancı bəlli oldu
11.07.2012 - 15:17
“Qalatasaray” Türkiyə yığmasının futbolçusu Hamit Altıntopun keçidi ilə bağlı Madrid “Real”ı ilə razılığa gəlib. Apasport.az saytının məlumatına görə, “Cim Bom”un hələ rəsmən açıqlamadığı transferinin detalları bəlli olub. Belə ki, təcrübəli futbolçu yeni komandasında ildə 3,5 milyon avro qazanacaq. Bunlardan 2,9 milyon zəmanətli məbləğdir. Altıntopa hər oyuna görə 20 min avro ödənəcək. O, ildə 30 oyun keçirəcəyi halda, ən azı 3,5, matç sayı çoxalarsa, 4 milyon avroya yaxın qazanacaq.
0
0