Biri formal, biri həlledici
11.07.2012 - 16:46
Sabah Avroliqada I təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, turnirdəki təmsilçilərimizdən mərhələ keçən “Xəzər Lənkəran”ın ardınca son olaraq paytaxt klublarının taleyinə aydınlıq gələcək. Bunlar müxtəlif durumda olan “İnter”lə “Bakı”dır.
“Bankirlər” mərhələ keçmək vəzifəsini hələ səfərdə keçirdikləri matçda həll edib. Hər halda, Estoniyada 5:0 hesablı qələbədən sonra komandamızın mübarizənin dayandıracağı möcüzəyə bərabər olardı. Bu isə o deməkdir ki, “İnter”in “Trans”la cavab matçı formal xarakter daşıyacaq. Baş məşqçi Kaxaber Sxadadze ev matçında əsas futbolçularını qoruyaraq, az oynayan futbolçulara özlərini göstərmək üçün şans verəcəyi gözlənilir. Gürcü çalışdırıcı ölkəmizdə işlədiyi vaxtda ilk dəfə mərhələ keçməyini rəsmiləşdirməyi ilə yanaşı, artıq növbəti rəqibi düşünür. Bu, hələ püşkdən cütün qalibini gözləyən Yunanıstanın “Astoris” klubudur.
“Bakı”nın isə “İnter”dən fərqli işi asan deyil. Əvvəla, Azərbaycan kubokunun qalibi daha güclü rəqiblə səfərdə oynayacaq. Üstəlik, “zolaqlılar” öz meydanındakı oyunda üstünlük qazana bilməyib. Ancaq digər tərəfdən, evdə 0:0 hesabı o qədər də pis deyil. Əsas odur ki, “Bakı” öz meydanında top buraxmayıb. Bu isə o deməkdir ki, komandamızın Sloveniyada vurduğu qol 2-yə bərabər olacaq. Yəni istənilən qollu heç-heçə Novruz Əzimovun baş məşqçisi olduğu komandanı növbəti mərhələyə çıxaracaq ki, burada rəqib Sofiya MOİK-dir.
“Bakı”nın həlledici sınaqdan üzüağ çıxmağında məkan amili də yardımçı ola bilər. Məsələ ondadır ki, komanda “Mura” ilə oyuna hazırlığın əsas hissəsini onun vətənində keçirib. Yeri gəlmişkən, “Bakı”nın Avroliqadakı rəqibinə yoxlama oyununda 4:0 hesabı ilə qalib gəlməyi də məhz Sloveniyadakı son toplanışına təsadüf edib. Oranın şəraitinə, iqliminə uyğunlaşan kubokun qalibi özünə faydalı olacaq kənar amillərdən maksimum istifadə etməlidir.
Düzdür, “Bakı”nın heyətlə bağlı problemlərinin olmağı yerinə düşmür. Belə ki, komanda 2 legioneri – seneqallı qapıçı Xalidu Sissoko ilə gürcü müdafiəçisi Georgi Popxadzeyə viza ala bilmədiyindən, Sloveniyaya apara bilmədi. “Zolaqlılar”ın əsas qol ümidi olan hücumçu Uinston Parksın zədədən sonra hansı formada olmağı da az əhəmiyyətli olmayacaq.
Avroliqa, I təsnifat mərhələsi
Cavab oyunları
12 iyul
21:00. "İnter" (Azərbaycan) - "Trans" (Estoniya)
Baş hakim: Kevin Klansi
Baş hakimin köməkçiləri: Ceyms Bi, Stüart Stevenson
Dördüncü hakim: Brayan Kolvin (hamısı Şotlandiya)
Bakı. "Dalğa Arena" stadionu
İlk oyun – 5:0
23:00. "Mura" (Sloveniya) - "Bakı" (Azərbaycan)
Baş hakim: Atanassios Qiaços
Baş hakimin köməkçiləri: Mikael Karsiotis, Dimitris Tatsis
Dördüncü hakim: Stavros Tritsonis (hamısı Yunanıstan)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
UEFA nümayəndəsi: George Koumas (Kipr)
Lendava. “Spotni Park” stadionu
İlk oyun – 0:0

0
0