Dünya çempionatı ilə bağlı AFFA-ya 3 milyon manat vəsait ayrıldı
11.07.2012 - 17:48
Dünya çempionatı ilə bağlı AFFA-ya 3 milyon manat vəsait ayrıldı
Azərbaycan prezidenti İlham Əliyev 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə Azərbaycan Respublikasında keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla 2012-ci il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə Azərbaycan Respublikasında keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycanın Futbol Federasiyaları Assosiasiyasına 3 milyon manat ayrılıb.

Sərəncamda qeyd olunun ki, Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.