“Mura”nın baş məşqçisi: “Bakı”da güclü futbolçular var
11.07.2012 - 21:56
Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Mura 05” – “Bakı” matçından əvvəl mətbuat konfransı keçirilib. Apasport.az saytının xəbərinə görə, meydan sahiblərinin baş məşqçisi Frank Çifer bildirib ki, cavab oyununda səhvsiz oynayan komanda mərhələ adlayacaq: “Bakıda əsas məqsədimiz qol buraxmamaq idi. Bunun da öhdəsindən gəldik. Bu qarşılaşmanın I hissəsi Bakıda keçirildi. Sabah ikinci hissəyə çıxacağıq. Rəqibə hörmətlə yanaşırıq. Çünki heyətlərində güclü futbolçular var. Yarışda Sloveniyanı yüksək səviyyədə təmsil etmək üçün var gücümüzlə çalışmışıq. Kim daha az səhvə yol versə, o komanda qələbə qazanacaq. Toplanış zamanı “Bakı”ya 0:4 hesabı ilə məğlub olmağımıza gəlincə, bu, yoldaşlıq oyunu idi. Həmin matçda “Bakı” bizdən üstün oynamışdı”.
0
0