“Bakıda meydan süni olduğuna görə gənc oyunçuları ehtiyatda saxlamışdıq”
11.07.2012 - 22:00
“Komandamız gəncdir. Bütün komandalara hörmətlə yanaşırıq, amma bu onlardan qorxmağımız anlamına gəlməməlidir”. Apasport.az saytının xəbərinə görə, bunu “Mura”nın kapitanı Fabian Kiper deyib.
Avropa Liqasının I təsnifat mərhələsinin “Bakı” ilə sabah baş tutacaq cavab matçı barədə danışan futbolçu qələbəyə oynayacaqlarını bildirib: “Bunu ötən həftə Bakıda, bir qədər əvvəl isə Sloveniya çempionatında göstərdik. Bilirik ki, çətin oyun olacaq. Ciddi hazırlaşmışıq. Qol buraxmamağa, öz məqamımızı gözləməyə çalışacağıq. Bakıda meydan süni olduğuna görə bəzi gənc oyunçuları ehtiyatda saxlamışdıq. Bu dəfə təbii ortükdə oynadığımıza görə, fərqli oynayacağıq”.

0
0