“Qanun olmasaydı, qapıçılarımızı Ərəbistana gətirərdim” – MÜSAHİBƏ
12.07.2012 - 09:23
Səudiyyə Ərəbistanının “Əl Tavun” klubunun azərbaycanlı məşqçisi Faiq Əzizovun apasport.az saytına müsahibəsi
- Səudiyyə Ərəbistanına gedişiniz necə reallaşdı?
- Məni bura dəvət edən Qyoko Hacıyevski oldu. Bildiyiniz kimi, bu mütəxəssis ölkəmizdə işləyib, hətta bir müddət milli komandamızı da çalışdırıb. Həmin vaxt millidə qapıçılarla işləyən məşqçi olduğumdan, onunla birgə çalışmışam. Hacıyevski mənə hələ keçən il, Səudiyyə Ərəbistanına gəldiyi yeni vaxtda yanına çağırırdı. Deyirdi ki, səni yaxşı tanıyıram, gəl bir işləyək. Ancaq həmin vaxt millidə işlədiyimdən, müqaviləm vardı. Buna görə də dedim ki, müqaviləm qurtarsın, sonra gələrəm. Yığma ilə anlaşmam bitdi və Hacıyevski yayda götürdüyü “Əl Tavun”a məni dəvət etdi. Onun yanında işləmək istədiyimi soruşdu. Dedi ki, səni tanıyıram, millidə birgə işlədiyimiz vaxtdan bacarığını bilərək, bəyənmişəm. Görürəm ki, işləyən oğlansan, səni öz komandama gətirəcəyəm. Dəvətini qəbul edərək, bura gəldim. Məni yaxşı qarşıladılar və 1 illik müqavilə imzaladım. Bu, sonradan daha 1 illiyə artırılma şərti ilədir.
- Yeni komandanda vəziyyət, şərait necədir?
- “Tavun” bu ölkənin yüksək liqasında çıxış edir, Buraydah şəhərini təmsil edir. Şəhər ölkənin mərkəzində, Əl Riyaddan 500 kilometr aralıda yerləşir. 2-2,5 milyonluq əhalisi var. Yeni komandam son mövsümdə 8-ci yeri tutur. Növbəti mövsümə hazırlıq məqsədilə 1 həftədir yığışıb. Mən bura gələndə, yeni məşqlərə başlamışdılar. Heyətinin çoxu yerli futbolçulardan təşkil olunub. İordaniyadan 1 legioner var. Deyiblər ki, ikisi də xaricdən gəlməlidir. Burada legionerlərə ciddi limit qoyulub, cəmi 3 əcnəbi oyunçuya icazə verilir.
- Növbəti mövsümdə “Əl Tavun”un qarşısına nə məqsəd qoyulub?
- Komanda ötən mövsüm nəticəsini yaxşılaşdırmaq istəyir. Növbəti ildə ilk “altılığ”a düşməyə iddialıdır. Əvvəllər neçə ildir aşağı yerləri tuturdu, Hacıyevskinin gəlişindən sonra yuxarı pillələrdə yer almaq fikrindədir.
- Məşqçilik karyeranızda ilk dəfədir xaricdə işləyəcəksiniz...
- Bəli. Bunadək futbolçu kimi legioner həyatı yaşamışam. O da Asiyada, İranda olub. 1997-ci ildən 2001-ci ilə kimi İranda futbol oynamışam.
- Yəni bunadək İslam ölkəsində yaşadığından, uyğunlaşmaqda sizə çətin olmayacaq...
- Elədir. Bura da ora kimidir, elə bil ikinci İrandır. Yəni qanunları, qaydaları birdir. İranda uzun müddət yaşadığımdan, Səudiyyə Ərəbistanı mənə darıxdırıcı deyil.
- Hacıyevskinin orada nüfuzu necədir?
- Yüksək. Burada Hacıyevskiyə çox güvənirlər. Fikir verirəm ki, Ərəbistanda nüfuzu yaxşıdır, çoxları da onu, iş qabiliyyətini bəyənir. Bu da Hacıyevskinin keçən mövsüm burada yaxşı nəticə verməyi ilə bağlıdır. Keçən il işlədiyi Najran şəhərinin təmsilçisini axırda gedirdi, komandanı 10-cu yerə gətirib çıxardı. Bundan sonra “Əl Tavun” onu baş məşqçi postuna gətirdi. Hacıyevski mənə danışırdı ki, oranın şərait, maliyyə vəziyyəti zəif idi, burda qat-qat yaxşıdır. Əvvəlki komandasında maddi durum nə qədər pis olsa da, işi ilə nəticə verdi.
- Siz qapıçılarla işləyən məşqçi olduğunuzdan, bu mövqedə oynayanlara cavabdehsiniz. Həmyerlilərinizin bu ölkəyə, komandanıza gəlişinə vasitəçi ola bilərsiniz?
- İstəyirdim ki, azərbaycanlı qapıçını, milli komandamızın üzvünü bura gətirim. Hər halda, Səudiyyə Ərəbistanında səviyyə yaxşıdır, çempionatı bizdən bir az güclüdür. Burada güclü komandalar var, səviyyəli legionerlər gəlir. Komandalarda 3 əcnəbi olsa da, elə səviyyəlilər gəlir ki...Ancaq məsələ ondadır ki, burada İranda, Birləşmiş Ərəb Əmirliklərində olduğu kimidir, əcnəbi qapıçı transfer etmək olmaz.
- Belə olan halda, qapıçılarınızın orada legioner həyatı yaşamağı mümkün deyil...
- Bura istəyirsən Buffonu gətir, etiraz edəcəklər. Deyəcəklər ki, yox, bizə yerli qapıçı lazımdır. Asiya, ərəb ölkələrində bu, qanundur. Bu, olmasaydı, məmnuniyyətlə gənc qapıçılarımızı bura gətirərdim. Misal üçün Səlahət Ağayevi, Anar Nəzirovu. Onlar burda rahat durardılar.
- Bəs ən yaxşı qapıçımız olan, millidə uzun illər üzərində çalışdığınız Kamran Ağayev?
- Kamran bizdə olduğu kimi, burda da ən yaxşı qapıçı olardı. Burda elə güclü qapıçı yoxdur axı. Mən baxıram, uşaqların məktəbi yoxdur ki, yaxşı qapıçı yetişsin. Texnikaları yoxdur, topu necə tutmaq lazım olduğunu öyrətməyiblər. Ayaqları, qolları zəifdir.
- Sizin qarşısına əsas məqsəd yaxşı qapıçı hazırlamaq olmalıdır...
- Bəli. Məni bu məqsədlə gətiriblər. Müqaviləmdə göstərilib ki, burda qapıçı yetişdirməliyəm. Onları həm fiziki, həm də psixoloji cəhətdən hazırlamalıyam. Əcnəbilərə icazə verilmədiyindən, öz qapıçıları üzərində işləməli oluram. Komandamıza 5 qapıçı var, ikinci komandadan 2-3 gənci cəlb etmişik. Çalışacağam ki, onları yaxşı hazırlaşdırım, klubu üçün yaxşı qapıçı olsun. Onlara qapıçılarla bağlı əlavə hərəkətlər, texnikalar öyrətməliyəm. Hacıyevski mənim haqda onlara yüksək fikir bildirdiyindən, etimadını doğrultmalıyam. Deyib ki, sizə elə-belə qapıçılarla işləyən məşqçi gətirməmişəm. Azərbaycan yığmasında 7 il işləyən məşqçidir. 2004-2006-cı illərdə Vaqif Sadıqovun rəhbərliyi altında olimpiya yığmasında işləmişəm. 2006-cı ildə Şahin Diniyev milliyə gələndə, əsas yığmaya keçmişəm və həmin vaxtdan başlayaraq, 2011-ci ilə kimi Berti Foqtsla da bir çalışmışam.
Mehman SÜLEYMANOV

0
0