“Hətta aralarında Türkiyənin məşhur “Beşiktaş” klubu da var” - MÜSAHİBƏ
14.07.2012 - 14:39
“Simurq” klubunun idman direktoru Vaqif Əliyevin apasport.az saytına müsahibəsi
- Komanda Türkiyə toplanışını başa vurub və Avstriyaya yola düşüb. Hazırlıq planı necə olacaq?
- Dünən gecə komanda Zaqataladan Tiflisə, oradan isə Tiflis-Münhen-Vyana reysi ilə Avstriyaya yola düşdü. İyulun 28-dək hazırlığımız Avstriyada reallaşdırılacaq.
- Neçə yoldaşlıq oyunu keçiriləcək və sparrinq-rəqibləriniz müəyyənləşibmi?
- Plana əsasən 5 yoldaşlıq oyunu keçirəcəyik. Menecerlər sparrinq-rəqibləri təklif ediblər. Hamısı güclü komandalardır. Hətta aralarında Türkiyənin məşhur “Beşiktaş” klubu da var. Kimlərlə qarşılaşacağımız yaxın günlərdə aydınlaşacaq.
- Buna baş məşqçi qərar verəcək?
- Həmin komandaların da oyun qrafikindən asılıdır bu məsələ. Orada danışıqlar aparılacaq.
- Heyətlə bağlı hansı dəyişikliklər var?
- Türkiyə toplanışında olan futbolçular Avstriyaya da aparılıb. Orada olduğumuz müddətdə 10-12 legionerin baxışa gələcəyi gözlənilir. Kimlərin qalıb-qalmayacağına baş məşqçi qərar verəcək.
- Baxışa gələcək futbolçuların adlarını bilirsiz?
- Adları bilinir. Əksəriyyəti orta səviyyəli futbolçulardır. Serbiya, Xorvatiya, Braziliya, Kolumbiya, eləcə Baltikyanığ ölkələrdən gələnlər olacaq.
- Bu gün yeni mövsümün püşkü atıldı və ilk turda “Qəbələ” ilə qarşılaşacaqsız. Rəqiblə bağlı nə deyə bilərsiz?
- “Qəbələ” hörmət etdiyimiz klublardan biridir. Çətin oyun olacaq. Amma mövsümə doğma meydanda start verəcəyimizdən, çalışacağıq ki, ilk oyundan üzüağ çıxacaq.
- Komandanın qarşısına hansı məqsəd qoyulub?
- İlk “altılıq”a düşmək və mümkün qədər avrokuboklara vəsiqə qazanmaq.
- “Simurq” bunu bacaracaq gücdədir?
- Həm hazırlıq prosesi, həm heyətin qurulması buna hesablanıb. Komandaya qayğı-diqqət var. Bunlar mütləq bəhrəsini verməlidir. İndi kimi gəldi, komandaya götürmürük. Baş məşqçi onu yoxlayır, təhlillər aparır, daha sonra müqavilə imzalanır. Heç kəsi birbaşa komandaya götürmürük.
- Adətən “Simurq”u uşaq futboluna diqqət göstərməməkdə qınayırlar. Hətta bir ara aşağı yaşlı komandalarınız oyunlara getmirdilər. Bu sahədə indi vəziyyət necədir?
- Dediyiniz problem iki il əvvəl olmuşdu. Anar Bəkirov prezident olduqdan sonra bu sahədə hansısa problem yoxdur. Əskinə, o özü uşaq futbolunun inkişafında maraqlıdır. Əvəzedici komandanın bütün oyunlarını şəxsən izləyir. Komanda artıq Zaqatalada təlim-məşq toplanışındadır. Yaşı oyunçular heyətdən kənarlaşdırılıb, əvəzində 1992-ci ildən üzü bəri uşaqlar komandaya cəlb edilib. Hətta 1997-ci il təvəllüdlü futbolçular da dəvət etmişik. Komandanın qarşısına əsas heyətə futbolçu yetişdirmək məqsədi qoyulub.

0
0