Əli Yavaş istefa verdi
17.07.2012 - 16:48
Əli Yavaş istefa verdi
Qəbələ Futbol Akademiyasının direktoru Əli Yavaş istefa verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 2008-ci ilin noyabr ayından etibarən akademiyaya rəhbərlik edən məşhur türkiyəli mütəxəssisin komandadakı fəaliyyəti sona çatıb.
Ailə problemlərini əsas gətirən Yavaşın istefası bu gün klub rəhbərliyi tərəfindən qəbul olunub.

Akademiya direktoru istefa versə də, onunla birlikdə ölkəmizə gələn məşqçilər heyəti – Halim Fıçıcı, Rəcəp Yazıcı və Uğur Kurt işlərinə davam edəcəklər. Yavaş onlara uğurlar arzulayıb: “Mən ayrılsam da, komandam burdadır. Onlara uğurlar arzu edir və birlikdə başladığımız işi yüksək səviyyədə başa çatdıracaqlarına inanıram. Mən də mümkün qədər bu yolda klubumuza əlimdən gələn köməyi göstərməyə davam edəcəyəm. Mümkün olduğu qədər Qəbələyə gəlib-getməyə çalışacağam”.

Qeyd edək ki, Yavaş “Qəbələ”yə 4 il öncə gəlmişdi.