“Artıq Türkiyəyə qayıtmağın vaxtı çatdığını düşünürəm”
17.07.2012 - 16:58
“Artıq Türkiyəyə qayıtmağın vaxtı çatdığını düşünürəm”
“Qəbələ”də keçirdiyim 4 il mənim üçün çox xoş oldu. Klubun akademiyasını qurduq, uşaq futbolda xeyli yeniliklər etdik, müəyyən uğurlar qazandıq”. Apasport.az saytının məlumatına görə, bunu bu gün Qəbələ Futbol Akademiyasının direktoru vəzifəsindən istefa verən Əli Yavaş deyib.

Türkiyəli mütəxəssis “Qəbələ”nin saytına açıqlamasında istefası ilə bağlı fikirlərini bildirib: “Artıq akademiya ölkənin ən yaxşılarından birinə çevrilib. Təsadüfi deyil ki, aşağı yaş qrupları üzrə yığmalara ən çox futbolçu verən məhz bizim klubdur. İnanıram ki, “Qəbələ” Futbol Klubu tutduğu düzgün yola bundan sonra daha sürətlə davam edəcək və daha böyük uğurlar qazanacaq. Mən isə klubdan ayrılmaq məcburiyyətindəyəm. Mənim üçün nə qədər çətin olsa da, artıq Türkiyəyə qayıtmağın vaxtı çatdığını düşünürəm. Ailə problemlərim ucbatından çox sevdiyim Qəbələ və Azərbaycandan ayrılmalı oldum. İstefamı qəbul etdiyi və məni anlayışla qarşıladığı üçün klub rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”.
0