Georgi Nikolov macarıstanlı baş hakimə “əclaf” dedi
20.07.2012 - 13:27
Bakı “İnter”inin rəhbərliyi futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində Yunanıstan “Asteras”ı ilə keçirdiyi ilk oyunun idarəçiliyindən narazı qalıb. Lent.az-ın məlumatına görə, 1:1 hesabı ilə başa çatan qarşılaşmadan sonra paytaxt klubunun prezidenti Georgi Nikolov matçın macarıstanlı baş hakimi Mihay Fabianı əclaf adlandırıb.
Nikolov yerli hakimlərdən sərt danışaraq onları tənqid edən azərbaycanlı jurnalistlərə tövsiyə verib: “Yaxşı olar ki, həmin jurnalistlər bizim oyuna təyinat alan avropalı əclaf hakimlərin idarəçiliyinə qiymət versin. Baş hakim göz görə-görə əks tərəfə cərimə zərbəsi təyin etmədi. Avroliqa oyunlarında bu cür məqamlar həlledici olur. Referinin qərəzli qərarları komandamızın qələbə istəyinə mane oldu”.
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze isə Fabianın idarəçiliyindən narazılığını qısaca ifadə edib: “Hakimin qərarları barədə çox danışmaq istəmirəm. Özünüz də hər şeyi gördünüz. Həm fitdən çox istifadə edir, həm də əleyhimizə çoxlu sayda cərimə zərbələri təyin edirdi”.
Sxadadzenin rəqib həmkarı Sakis Tsiolis isə hakimlik haqda danışmaqdan imtina edib.
Qeyd edək ki, Georgi Nikolovu narazı salan əsas məqam 58-ci dəqiqədə baş verən epizodla bağlıdır. Həmin vaxt “İnter”in futbolçusu Ruslan Əmircanovun zərbəsindən sonra top “Asteras”ın oyunçusunun əlinə dəyib. Cərimə meydançasının azacıq çölündə yaşanan bu epizoda referi Lukas Fabian “davam” reaksiyası verib.

0
0