“Lex” Polşanı tərk edir
23.07.2012 - 17:24
Avropa Liqasının II təsnifat mərhələsində “Xəzər Lənkəran”ın rəqibi olan Polşanın “Lex” klubunun hazırlıq planı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Poznan təmsilçisi iyulun 26-dakı cavab oyununun ertəsi gün istirahət etdikdən sonra Almaniyaya yollanacaq. Polşalılar daxili yarışlarda yeni mövsümə elə bu ölkədə hazırlaşacaq. Poznanlılar “Xəzər Lənkəran”ı adlayacağı halda da bu hazırlıq planını dəyişməyəcək. İyulun 29-da “Reqensburq”, toplanışın son günü avqustun 5-də isə digər Almaniya təmsilçisi “Auqsburq”la görüşəcək “Lex” lazım gəlsə III təsnifat mərhələsinin oyunlarına da bu ölkədən yollanacaq.
- “Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
- Xabi Alonso: “Arda, Mesut Özil və Quti Hernandezin qarışığıdır"
- "Arsenal" yeni rekorda imza atıb
0
0