“Lex”in baş məşqçisi məğlubiyyətə şərh verdi
24.07.2012 - 12:15
“Olimpiakos”la oyun bizim üçün 2 səbəbdən vacib idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun baş məşqçisi Mariuş Rumak deyib.
Avropa Liqasının II təsnifat mərhələsində “Xəzər Lənkəran”ın rəqibi olan Poznan təmsilçisinin çalışdırıcısı cavab oyunu ərəfəsində Kipr “Olimpiakos”una 1:3 hesablı məğlubiyyətə şərh verib: “Birincisi, artıq əsas heyətdə oynamış futbolçuların indiki durumuna bələd olduq. İkincisi isə əvəzedici heyətin oyunçularını sınadıq. Oyuna əsasən müəyyən fikirlərim var. Lakin geniş təhlil sonra olacaq. Bu gün 2 top fərqilə uduzduq. Sevinirəm ki, biz bu matçda uduzduq, “Xəzər Lənkəran”la oyunda deyil”.

0
0