“Bakı”nın 15 milyonluq büdcəsi var, bizdə isə ayda 1500 avrodan çox alan yoxdur”
24.07.2012 - 17:23
Sloveniyanın “Mura” klubunun kapitanı Fabian Tsipot Avropa Liqasındakı rəqiblərindən danışıb. Apasport.az saytının məlumatına görə, futbolçu I təsnifat mərhələsində mübarizədən kənarlaşdırdıqları Azərbaycan kubokunun qalibi “Bakı” və hazırki rəqibləri Bolqarıstan MOİK-ini özləri ilə müqayisə edib. Tsipot komandasının rəqiblərindən qat-qat kasıb olduğunu bir daha etiraf edib: “Bakı”nın 15, MOİK-in 10 milyon avroluq büdcəsi var. Bizdə isə bu rəqəm 300-400 min avroya bərabərdir. Komandamızda ayda 1500 avrodan çox alan yoxdur”.
0
0