“Neftçi” Azərbaycanı Moldovadan geri saldı
25.07.2012 - 10:14
UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq siyahısında dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, 2012/13 mövsümünün Çempionlar Liqasının II təsnifat mərhələsinin baş tutan cavab oyunlarından sonra UEFA ölkələri xal hesablarını dəyişə bilib.
Son 5 mövsümü əhatə edən reytinqə Azərbaycan da hesabına daha 0,125 xal əlavə edib. Bu, “Neftçi”nin “Zestafoni” ilə Gürcüstanda heç-heçə etməsi sayəsində mümkün olub. Bakılıların qələbə qazana bilməməsi ölkəmizin Moldova ilə şərikliyinə son qoyub. Belə ki, moldovalılar “Şerif”in qələbəsi sayəsində 34-cü yerin vahid sahibi olub.
Bununla da cari mövsüm yığılan xallarımızın sayı 1,625-ə çatdı. Bunun ən böyük hissəsi – 0,675-i “İnter”ın payına düşür. “Xəzər Lənkəran” 0,500, “Neftçi” 0,375, “Bakı” isə cəmi 0,125 xal qazanıb.
UEFA reytinqinin 4-cü onluğu

31 | Finlandiya | 8.208 |
---|---|---|
32 | Sloveniya | 8.0833 |
33 | Bosniya-Herseqovina | 7.333 |
34 | Moldova | 7.291 |
35 | Azərbaycan | 7.166 |
36 | İrlandiya | 7.000 |
37 | Litva | 6.500 |
38 | Qazaxıstan | 5.708 |
39 | Latviya | 5.541 |
40 | İslandiya | 5.416 |
0
0