Marius Rumak: “Xəzər Lənkəran” Poznanda tarix yaza bilər
26.07.2012 - 00:39
“4 il öncə Poznanda "Xəzər Lənkəran"ı 4:1 hesabı ilə məğlub etmişdik. Həmin uğuru təkrarlaya bilərik. Ancaq düşünürəm ki, rəqib buna imkan verməyəcək". Apasport.az saytının məlumatına görə, bu sözləri "Lex" klubunun baş məşqçisi Marius Rumak "Xəzər Lənkəran"la keçirdiyi oyunöncəsi mətbuat konfransında deyib.
Rumak "Xəzər Lənkəran"ın bu oyunda tarix yaza biləcəyini də istisna etməyib: "Əsas məqsədimiz qol buraxmamaq olacaq. Əgər erkən qol vura bilsək, rəqib tamamilə hücuma atılacaq ki, bu da bizim ikinci topu vurmağımıza şərait yaradacaq.
Rəqib bu oyunda qələbə qazanacağını və mərhələ adlayacağını iddia edir. Bu onların şəxsi fikridir. Hörmətlə yanaşıram. Ancaq bizim də əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir. Çətin oyun keçəcək. Əgər "Xəzər Lənkəran" bizi evdə məğlub edərsə, tarix yazmış olacaq".
Qeyd edək ki, "Lex" - "Xəzər Lənkəran" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

0
0