Mariuş Rumak: Erkən qol vurmağımız bizə çox kömək oldu
27.07.2012 - 00:19
“Biz yaxşı oynadıq. Erkən qol vurmağımız bizə çox kömək oldu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər Lənkəran”ı Avroliqada mübarizədən kənarlaşdıran Polşanın “Lex” klubunun baş məşqçisi Mariuş Rumak deyib. 35 yaşlı çalışdırıcı evdə 1:0 hesabı ilə gəldikləri oyunda fərqin böyük olacağımı gözləyirmiş: “Ancaq təssafü ki, daha qol vura bilmədik. Növbəti matçda daha yaxşı oynamağa çalışacağıq. Azarkeşlərə dəstəyə görə minnətdarlıq edirəm. Bu, bizə kömək oldu”.
Qeyd edək ki, “Lex” Lənkəranda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə etmişdi.
Qeyd edək ki, “Lex” Lənkəranda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə etmişdi.
0
0