Kanada və Çin yığmaları Bakıda yoldaşlıq görüşü keçirəcək
27.07.2012 - 17:15
Kanada və Çin yığmaları Bakıda yoldaşlıq görüşü keçirəcək
Bu ilin sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatında iştirak edəcək Kanada və Çin yığmaları AFFA-ya müraciət ediblər. Apasport.az saytının məlumatına görə, onlar turnirə hazırlıq məqsədilə Bakıda yoldaşlıq oyunu keçirmək arzusunda olduğunu bildiriblər. Bununla da sentyabrın 17-də paytaxtımızda bu yığmalar arasında oyun keçiriləcək.
Qeyd edək ki, Kanada yığması DÇ-2012-də yığmamızla bərabər A qrupunda, Çin millisi isə D qrupunda mübarizə aparacaq.

Mənbə: affa.az
0