“Bu, yığmamızın hər futbolçusuna xas xüsusiyyətdir”
23.08.2012 - 14:29
“Rami Qerşonun davranışına yüksək qiymət verirəm. Onun milli komanda naminə müalicəsini təxirə salmaq istəməsi alqışalayiqdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsrail yığmasının baş məşqçisi Eli Qutman deyib.
Mütəxəssis DÇ-2014-ün seçmə mərhələsinin sentyabrın 7-də Azərbaycan, 11-də Rusiya ilə oyunlarını buraxmalı olan Rami Qerşonun əməliyyata məruz qalmasına münasibət bildirib. Qutman milli naminə əməliyyatını təxirə salmağa çalışan müdafiəçinin bu istəyinə yüksək dəyər verir: “Bu, bizim milli komandanın hər futbolçusuna xas olan xüsusiyyətdir. Onların yığmada olmaq istəyi, fikirlərindəki qətiliyi məni sevindirir. Qerşon da digərləri kimi, hər zaman yanımızda olmaq istəyir. Ona müalicəsini tez bitib, meydanlara dönməsini arzulayıram”.

0
0