Luis Araqon: Artıq istədiyimiz nəticələri almaqdayıq
29.09.2012 - 09:48
“Çempionat start götürmədən öncə komandanın komplektləşməsi, yeni oyun üslubuna uyğunlaşması üçün müəyyən zamana ehtiyac olduğunu demişdik. Bu zaman kəsiyində tələblərimizi, istəklərimizi futbolçulara aşılamağa çalışdıq”. Apasport.az-ın məlumatına görə, bu fikirləri “Qəbələ”nin əvəzedici heyətinin ispaniyalı baş məşqçisi Luis Araqon klubunun rəsmi saytına açıqlamasında deyib.
Çempionata istədiyi kimi start verə bilməyən “Qəbələ”nin əvəzedici komandası ardıcıl 2 böyükhesablı qələbə qazanmaqla, iddiasını ortaya qoyub.
İki oyunda rəqiblərini 11 (“Qəbələ”-“Rəvan” 5:2, “Qəbələ”-AZAL 6:0) dəfə məyus edən komandanın oyun üslubunda yüksəliş hiss olunur.
Təbii ki, bunda Araqonun əməyi danılmazdır. O, AZAL-la oyundan sonra açıqlamasında zaman keçdikcə istədikləri oyun üslubunu ortaya qoyduqlarını, bunun da nəticələrdə özünü göstərdiyini bildirib: “Gərgin və müntəzəm məşqlərlə hədəflərimizə yaxınlaşırıq. Artıq istədiyimiz nəticələri almaqdayıq. Məqsədimiz kollektiv oyun nümayiş etdirən mübariz komanda formalaşdırmaqdır”.

0
0