“İnter”in futbolçusu Barbadosda 1-ci oldu
29.09.2012 - 10:08
“İnter”in futbolçusu Barbadosda 1-ci oldu
“İnter”in futbolçusu Haynz Barmettler Barbadosda çıxış edib. Apasport-az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi 1 həftədən çoxdur “Caribbean Cup” turnirində iştirak edən Dominikan Respublikasının milli komandasının sərəncamındadır.

2009-cu ildə futbolçu İsveçrə millisinin heyətində 1 oyun keçirəm Haynz sonradan yığmaya çağırılmayıb. Bu il isə futbolçuya anasının vətəni olan Dominikan Respublikasından yığma komandaya dəvət gəlib. Barmettler dəvəti qəbul etdikdən sonra tərəflər FİFA-ya müraciət ediblər.
Qurum da futbolçuya Dominikan millisində çıxış etməyə icazə verib.

Sentyabrın 24-dən Barbadosda keçirilən turnirin 1-ci qrup mərhələsinin oyunları başlayıb. Haynz yığmanın heyətində əvəz olunmadan 3 oyun keçirib. İlk matçda Dominikan Respublikası Aruba yığması ilə 2:2 hesablı bərabərliyə qalıb. Daha sonra Barmettlerin yığması ev sahibini 1:0, son turda isə Dominika yığmasını 2:1 hesabı ilə məğlub edib. Nəticədə Dominikan Respublikası qrupunda 1-ci yeri tutaraq, növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, 24 yaşlı müdafiəçi sabah Bakıya qayıdacaq.