Zirvə sirri
29.09.2012 - 10:33
Ötən mövsüm elitada qalmaq uğrunda mübarizə aparan bir "Simurq" vardı. İndi isə Zaqatala təmsilçisi Premyer Liqanın vahid lideridi. Gürcüstanlı Georgi Çixradzenin rəhbərlik etdiyi kollektiv keçirdiyi 6 oyundan topladığı 14 xal sayəsində zirvədə qərarlaşıb ki, bunun da bir sıra səbəbləri var. Əyalət klubunun iddialı rəqiblərini qabaqlaması heç də təsadüf deyil.
12 oyunluq seriya
"Simurq" cari çempionatda yenilgi üzü görməyən 3 komandadan biridi. Lakin fərq ondadı ki, Zaqatala klubu digər məğlubedilməzlər olan "Bakı"dan 2, AZAL-dan isə 1 oyun çox keçirib.
Evdə "Qəbələ" (1:1), səfərdə isə "Bakı" (0:0) ilə "sülh bağlayan" əyalət təmsilçisi digər 4 qarşılaşmanı öz xeyrinə həll edib. Belə ki, "Simruq" qonaq qismində "Rəvan" və "Xəzər Lənkəran"ı 2 cavabsız qolla yenib. Doğma meydanda "Kəpəz"ı 2:1 hesabı ilə üstələyən zaqatalalılar "Turan"ı darmadağın ediblər - 3:0. Özü də, Çixradzenin yetirmələri qapılarında hamıdan az - cəmi 2 qol gördükləri halda, vurulan qolların sayında AZAL və "Qarabağ"dan geri qalırlar. "Təyyarəçilər" 13, ağdamlılar isə 11 dəfə fərqləndiyi halda, "Simurq" rəqib qapılarına hələlik 10 dəfə yol tapıb.
Daha maraqlı bir məqam Zaqatala klubunun məğlubiyyətsiz seriyasının yalnız cari çempionatla bağlı olmamasıdı. Belə ki, "Simurq" ilk 6 turda yenilgi üzü görməməklə yanaşı, sonuncu çempionatın son 6 oyununda da uduzmayıb. Bu isə o deməkdi ki, Çixradzenin baş məşqçi postuna gəlməsindən sonra səfərdə yenilməyən "Simurq" artıq ardıcıl 12 çempionat qarşılaşmasında meydanı məğlub tərk etməyib.
Uğurlu bazarlıq
Maddi problemlərdən yaxa qurtaran zaqatalalılar yay fasiləsinin ən fəallarından idi. Komanda ötən mövsümün sonlarında baş məşqçi postunda Sergey Yuranı əvəzləyən və il yarımlıq sözləşməyə qol çəkən Çixradzenin rəhbərliyi altında Türkiyə və Avstriyada sanballı təlim-məşq toplanışı keçdi. Lakin məlum məsələdi ki, futbolda pul hər şeyi həll etmir. Xüsusən də transfer çalışmalarında uğurlu seçim çox vacibdi. Burada həm klubun, həm də baş məşqçinin üzərinə böyük məsuliyyət düşür. Çünki peşəkar klublarda oyunçuları tapmaq seleksiyaçıların, seçim etmək isə məşqçinin işidi ki, bu baxımdan hazırkı "Simurq"u əksər klublarımıza örnək göstərmək olar.
Hazırda Zaqatala klubunun heyətində 8 əcnəbi yer alıb. Maraqlıdı ki, onların hamısı bu yay transfer olunsalar da, uyğunlaşma ilə bağlı problem yaşamırlar və komandaya fayda verirlər. Təsadüfi deyil ki, "Simurq"un hesabında olan 10 qoldan 9-nun müəllifi yadellidi. Belə ki, bosniyalı Mario Bojiç, xorvatiyalı Stepan Polyak və serbiyalı Zdravko Popoviç hərəyə 2 dəfə fərqlənib. Polşalı Marcin Burxardt isə 3 qol vurub. Digər polşalı - David Pietrzkieviç hələlik Premyer Liqamızın ən etibarlı qapıçısıdı. Bosniyalı Dilaver Zrnanoviç isə arxa xətdəki inamlı oyunu ilə seçilir.
Serbiyalı Nenad Stoyanoviçlə braziliyalı Anderson Olivyera hələlik əsas heyət üzvünə çevrilmədiklərindən qeyri-adi heç nə ilə diqqət çəkməyiblər. Lakin onların da Zaqatala klubu üçün faydalı olacaqlarına şübhə etmirik.
Problemli rəqiblər
"Simurq"un hazırda turnir cədvəlində lider olması klub rəhbərliyinin və baş məşqçinin uğurlu işinin bariz nümunəsidi. Lakin zaqatalalıların zirvədə qərarlaşmalarına onlardan asılı olmayan amillər də yol açıb. Əsas səbəb isə iddialı klubların əksəriyyətinin problem yaşamasıdı.
Məsələn, "Xəzər Lənkəran"da Yunis Hüseynovun komanda üzərində nəzarəti itirdiyini söyləməklə yenilik etmiş olmarıq. Cənublular həm Avroliqada ümidləri doğrultmadılar, həm də normal transferlər etmədilər ki, bu da onların çıxışına mənfi təsir göstərməkdədi. "Neftçi"nin başı Avroliqaya qarışdığı halda, "Bakı" həmişəki kimi, problemlərdən yaxa qurtara bilmir. "Zolaqlılar" hər il baş məşqçi postunda dəyişikliyə əl atsalar da, ağ günə çıxa bilmirlər.
Eyni sözləri, bugünlərdə Fatih Kavlakı Ramiz Məmmədovla əvəzləyən "Qəbələ"yə da şamil etmək olar. "Qarabağ"la "İnter" isə əvvəlki qədər güclü deyillər ki, bunun da bir sıra səbəbləri var, hansı ki, bu da bir yazı mövzusudu (Sport Ekspress).
Təqvimdəki dəyişikliklərin xeyri
Təbii ki, "Simurq"un lider kürsüsündə əyləşməsinin digər başlıca səbəbi təqvimdə olan dəyişikliklərdi. Zaqatala klubu ilə müqayisədə "Neftçi" və "Bakı"nın 2, AZAL və "Xəzər Lənkəran"ın 1 oyun az keçirməsi məhz bu amillə bağlıdı. Peşəkar Futbol Liqası (PFL) əvvəlcə "Neftçi"nin Avroliqadakı oyunları səbəbi ilə təqvimə "barmaq etdi". Premyer Liqaya növbəti zərbə isə ölkəmizdə təşkil olunan 17 yaşadək qadınlar arası dünya çempionatından gəldi. Hərçənd öncədən nəzərdə tutulmuşdu ki, beynəlxalq turnirlə əlaqədar paytaxt klubları ev oyunlarını əyalətdə, daha doğrusu, Sumqayıtda keçirsinlər. Lakin sonradan elə alındı ki, "Xəzər Lənkəran" "Bakı"nı "Gənclik şəhəri"ndə sınağa çəkməkdən boyun qaçırdı. Ardınca isə dünən keçirilməli olan "İnter" - "Neftçi" oyunu təxirə salındı. Bu dəfə "bankirlər" əsas rəqiblərindən birini neytral meydanda qəbul etmək istəmədiklərini bildirdilər.
"Simurq" əyalət klubu olduğundan həm məşq etmək, həm də rəqiblərini qəbul etmək baxımından sıxıntı yaşamır. Üstəlik, Çixradzenin rəhbərlik etdiyi kollektivin "Xəzər Lənkəran"ı Sumqayıtda məğlub etdiyini qeyd etməliyik. Hər halda, cənublular "Simurq"la Lənkəranda oynasaydılar, böyük ehtimalla bu cür asanlıqla uduzmazdılar.
İstənilən halda, kənar amillərin köməyinə rəğmən, "Simurq"un öz gücü hesabına uğurlu çıxışını davam etdirəcəyinə ümid edirik. Axı, tarixində yalnız bir dəfə ölkə çempionatının bürünc medallarını qazanan Zaqatala klubunun yüksəlişi gözdən düşən Premyer Liqamızı bir qədər maraqlı edir.

0
0