“Neftçi”nin rəqibi yeni oteldə
29.09.2012 - 10:41
“Neftçi”nin rəqibi yeni oteldə
İtaliyanın “İnter” klubunun Bakıda qalacağı otel müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avroliqanın qrup mərhələsində oktyabrın 4-də “Neftçi” ilə səfər oyununu keçirəcək milanlılar “Hotel Four Seasons Baku”da məskunlaşacaq.

“İnter” ora hava limanından yox, Tofiq Bəhramov adına Respublika stadionundan gələcək. Çünki rəqibimiz oktyabrın 3-də saat 18:00-da düşəcəyi Heydər Əliyev Beynəlxalq Aeroportundan birbaşa mərkəzi arenamıza məşqə, yalnız ondan sonra otelə yollanacaq.

Qeyd edək ki, “Neftçi” ilə “İnter” arasnda Respublika stadionunda oyun saat 21:00-da başlayacaq.