FİFA Azərbaycandakı dünya çempionatını yaxşı nümunə göstərdi
29.09.2012 - 11:01
FİFA Azərbaycandakı dünya çempionatını yaxşı nümunə göstərdi
Sentyabrın 22-də Azərbaycanda start götürən 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatı FİFA-da müzakirə obyektinə çevrilib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun prezidenti Yozef Blatterin sədrliyi ilə İsveçrənin Sürix şəhərində keçirilən İcraiyyə Komitəsinin 2 günlük iclasında bir sıra məsələlərə baxılıb.

Artıq işini başa çatdıran müzakirələrdə hazırda ölkəmizdə keçirilən turnirdən razılıq ifadə olunub. Belə ki, FİFA-nın qadın futbolunu gələcək nəslini təmin etməyi Azərbaycandakı yarış yaxşı bir nümunə kimi qeyd olunub.

Qeyd edək ki, Blatter Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən açılış mərasimində iştirak etmişdi.