Messi avtomobilini səhv saldı
29.09.2012 - 12:00
Messi avtomobilini səhv saldı
Dünyanın ən yaxşı futbolçusu Lionel Messi kuryoz hadisə ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, “Barselona”nın argentinalı hücumçusu şəxsi avtomobilini səhv salmaqla, jurnalistlərin diqqətini cəlb edib.

Məsələ ondadır ki, komandanın birgə şam yeməyindən sonra futbolçular restoranı öz maşınları ilə tərk etməyə başladıqları zamanı Lionelin açarı maşınına düşməyib. Futbolçu sonradan başa düşüb ki, o, komanda yoldaşı Tiaqo Alkantaranın avtomobilini açmağa cəhd edirmiş. Tyaqo da səhv salaraq, Messinin maşınına yaxınlaşıb.