“Bakı”ya qol vurmaq çətin olmayacaq” - MÜSAHİBƏ
29.09.2012 - 12:07
“Sumqayıt” klubunun hücumçusu Uğur Pamukun apasport.az saytına müsahibəsi
- Ötən tur “Neftçi” üzərində qələbədən sonra “Sumqayıt”a maraq artıb. “Bakı” ilə dueldə də bunu təkrarlamaq mümkün olacaqmı?
- Bütün diqqətimizi oyuna yönəltmişik. “Neftçi” ilə matçı yaddan çıxarmışıq. Son qarşılaşmada necə oynamışıqsa, onlara qarşı da elə mübarizə aparacağıq. Uğur qazanmaq istəyirik.
- Rəqibin oyununu izləmisənmi?
- Tribunadan oturub hansısa oyununa baxmamışam. Amma internetdən bəzi görüşləri izləmişəm. Uşaqlar deyirlər ki, çox güclü komandadır. Udmaq üçün çox işləmək, yaxşı konsentrasiya olmaq lazımdır.
- Konkret hansı qarşılaşmaları izləmisiniz?
- “Bakı” - “Neftçi”, “Bakı” – “Qarabağ” kimi matçlarına baxmışam.
- Onların əsas güclü tərəfi hansıdır?
- Müdafiədə yaxşı oynayırlar.
- Hücumçu kimi, bu cür müdafiəni yarmaq çətin olmayacaq?
- Nə qədər yaxşı müdafiə olunsalar da, oyun ərzində mütləq səhvə yol verəcəklər. Düşünürəm ki, qol vura bilərik. Çempionat elədir ki, istənilən komanda rəqibini uda bilər. “Neftçi” ilə oyun bunun canlı göstəricisidir. Yəqin ki, “Bakı”ya qol vurmaq çətin olmayacaq.
- “Neftçi” ilə oyunda rəqibi hansı göstəricidə üstələdiniz?
- Çox qaçdıq, çalışdıq. Onlar arxayın idilər ki, “Sumqayıt”ı udacaqlar. İmkanımızdan artığını etdik. Yüz yox, iki yüz faiz göstərici ilə işlədik. Hətta 3:2-dən sonra da şanslarımız oldu. Elə iki epizodu mən qaçırdım. Yəni həmin gün hər şeyimizi ortaya qoyduq.
- Maraqlıdır ki, “Sumqayıt” özü qeyri sabit çıxış edir. Komanda “Qarabağ”dan 6, “Qəbələ”dən 4 top buraxır, “Neftçi”yə 3 qol vurur. Bunun səbəbini nə ilə izah edə bilərsiniz?
- AZAL da “Qarabağ”a 6 qol vurdu. Futbolda belə şeylərdən qaçmaq olmur. Həmin oyunlar zamanı müdafiədə problemlərimiz var. Baş məşqçi də matçları analiz etdi. Məşqlərdə bunu aradan qaldırdı. İndi hər şey qaydasındadır.
- İlk dəfə ölkəmizə yığmaya dəvət edildiyinizə görə gəlmişdiniz. Amma sonradan bu dəvət kəsildi. Niyə?
- Yığmaya yenidən çağırılacağım istisna deyil. Mövsümün əvvəlində qırmızı vərəqə aldım. “Turan”la görüşdə qırmızı aldığıma görə, “Qarabağ” və “Qəbələ”yə qarşı oynamadım. Üstəlik, sonra zədələndim. Yığmaya isə tam hazır futbolçu lazımdır. 50/60 faiz hazırlıqla ora getmək olmaz. Çünki rəsmi oyunlara çıxmalısan. Rəqiblər də kifayət qədər güclü komandalardır.
- Ancaq ümidinizi üzməmisiniz...
- Dəvət olunacağıma inanıram.

0
0