“Azərbaycanla oyundakı planımızı Kolumbiya ilə matçda təkrarlamaq istəyirik”
29.09.2012 - 12:31
“Azərbaycanla olduğu kimi, Kolumbiya ilə oyunda da qələbəyə köklənmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Nigeriyanın 17 yaşadək qızlardan ibarət yığma komandasının baş məşqçisi Petr Dedevbo deyib. Azərbaycan keçirilən dünya çempionatının final mərhələsində millimizlə birgə A qrupunda yer alan nigeriyalılar 2 oyunda 4 xalla 1-ci yerdədir.
Bu gün “Bayıl-Arena”da Kolumbiya ilə üzləşəcək afrikalılar ötən turda Lənkəranda millimizi 11:0 hesabı ilə yendi. Dedevbo yenə inamlı qələbə qazanmaq istəyir: “Biz Azərbaycanla oyundakı planımızı Kolumbiya ilə matçda təkrarlamaq istəyirik. Biz daim hücum etmək, ardıcıl 2-ci qələbəmizi qazanmaq fikrindəyik. Bu, vuracağımız qolların sayından asılı deyil. Bu, əhəmiyyət daşımır. Biz bu matçda 3 xal qazanmaq istəyirik”.
Çalışdırıcı rəqibin oyununu izlədiklərini bildirib: “Onların bizi casus kimi izləməyi qorxutmur. Kolumbiya yığmasının zəif tərəflərini bilirik. Biz güclüyük və oyunda üstün olacağıq. Turnirdə güclü komandaları bilirik, ancaq onlardan qorxmuruq. Hər şeyi oyun göstərəcək. Çünki qələbə Allahdan gəlir. Hücumçularımızla yarımmüdafiəçilərimiz gənc və cəlddirlər. Biri qol vurmasa, o biri bunu edəcək. Komandada birlik var, futbolçularımız eqoist deyillər”.

0
0