“Millinin kapitanı kimi dünya çempionu olmaq istəyirəm”
29.09.2012 - 12:43
Nigeriyanın 17 yaşadək qızlardan ibarət yığma komandasının futbolçuları Azərbaycanda keçirilən dünya çempionatında növbəti mərhələyə çıxmaq istəyirlər. Apasport.az saytının məlumatına görə, afrikalıların bu gün saat 20:00-da “Bayıl-Arena”da Kolumbiya yığması ilə keçirəcəyi oyun buna aydınlıq gətirəcək. Nigeriyalılara 1/4 finala çıxmaq üçün bu oyunda 1 xal da bəsdir.
Ancaq ötən tur millimizə 11:0 hesabı ilə qalib gələn futbolçular yalnız qələbə haqda düşünür. Nigeriya yığmasının kapitanı Viktoriya Aydelemon hər şeyin Allahın əlində olduğunu bildirib: “Biz oyuna hazırıq. Məqsədimiz finala kimi irəliləməkdir. Dünya çempionatında qələbə milli komandanın kapitanı kimi karyeramda böyük uğur olacaq. Mən buna nail olmaq istəyirəm”.
Millimizə vurduğu 5 qolla bombardir olan Çinvendi İhezuo da nikbindir. O, Kolumbiya ilə matçda ən yaxşı oyunlarını göstərəcəklərini söyləyib.

- “Real”ın sabiq kapitanı “Xetafe”yə keçdi – RƏSMİ
- “Sabah”ın rəqibi baş məşqçisi ilə müqaviləni yenilədi
- PSJ “Mançester Yunayted”in müdafiəçisini transfer etmək istəyir
- "Sabah" - "Slaviya" və "Qalatasaray" - "Barselona" matçları bu kanallarda - TV AFİŞA
- “Samsunspor” baş məşqçisi ilə yollarını ayırdı – RƏSMİ
0
0