“Kəpəz” “Rəvan”la oyuna ciddi itkilərlə çıxacaq
29.09.2012 - 14:32
“Kəpəz” Topaz Premyer Liqasının VII turunda “Rəvan”la sabahkı səfər oyununa itkilərlə çıxacaq. Bu haqda apasport.az saytına məlumat verən Gəncə klubunun baş məşqçisi Mahmud Qurbanov 4 futbolçunun xidmətindən istifadə edə bilməyəcəyini bildirib.
39 yaşlı çalışdırıcı heyətdə həm zədə, həm də cəza baxımından problemin olduğunu bildirib: “Bildiyiniz kimi, Emin İmaməliyev ötən turda “Simurq”la səfər oyunda aldığı 2-ci sarı vərəqəyə meydandan çıxarıldığı üçün cəzalıdır. Onun kimi təcrübəli futbolçunun yoxluğu işimizi çətinləşdirir. İki gənc müdafiəçimiz – Fərid Həşimzadə ilə Təbriz Hüseynli zədəlidir”.
Qurbanov əsas qapıçısı İvan Radoşu Zaqataladakı matçın 31-ci dəqiqəsində məcburən əvəzləməli olduğunu söyləyib: “Bu da onun zədələnməyi ilə bağlıdır. İvan topu çıxararkən yerə yıxılaraq, xəsarət aldı. Biz istədik ki, onu “Rəvan”la oyuna kimi sağaldaq. Qapıçının özü də bunu istəyirdi, həkimlər bunu çalışdı. Ancaq tam sağalmadığından, Gəncədə qalaraq, müalicəsini davam etdirir. Yerə pis dəydiyindən, möhkəm əzilib və ağrıları var. Çalışacağıq ki, Radoşu növbəti turda “Qarabağ”la ev oyunumuza kimi sağaldaq”.
Mehman SÜLEYMANOV

0
0