Halim Fıçıcı: “Qalatasaray”la oyunda fiziki yorğunluq hiss olunurdu
29.09.2012 - 17:14
Halim Fıçıcı: “Qalatasaray”la oyunda fiziki yorğunluq hiss olunurdu
“6 gün ərzində 3-cü oyunumuzu keçirdik. Rəqiblərimiz yüksək səviyyəli komandalar oldu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ” Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı klubunun rəsmi saytına açıqlamasında deyib.

Türkiyəli mütəxəssis vətənində təlim-məşq toplanışı haqda “Qalatasaray”a uduzduqları oyundan sonra bildirib: “Bu matçdan öncəki qarşılaşmalarda rəqiblərinə qarşı mübariz oyun nümayiş etdirən futbolçularımızda bu gün fiziki baxımdan yorğunluq hiss edilirdi. Üstəlik, “Qalatasaray”ın 96-cı il təvəllüdlü futbolçularına qarşı mübarizə apardıq ki, bu da akademiya komandaları üçün çox vacib faktordur. Bütün bunlara baxmayaraq, komandamız oyunun bəzi məqamlarında mübarizəni istədiyimiz səviyyəyə çatdıra bildi. Futbolçularımızın 0:2 geridə olmasına baxmayaraq oyundan qopmamaları, həvəsdən düşməmələri və psixoloji cəhətdən "sınmamaları" da önəmli və müsbət məqamlardandır“.