Yunis Hüseynov hakimləri ittiham etdi
29.09.2012 - 17:27
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın VII turunda “Turan”la Tovuzda keçirilən oyundan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, “ağ-yaşıllar”ın çalışdırıcısı 1:2 hesabı ilə uduzduqları görüşün hakimlərini ittiham edib: “Biz Tovuza qələbə üzün gəlmişdik. Amma hakim verdiyi qərarlarla oyunu alt-üstə elədi. Çox bərbad hakimlik oldu. Futbolçularımızı sarı vərəqə paylamaqla qorxutdu. Konkret, Ruslan Abışovun meydan qovulduğu epizod adi oyun epizodu idi və orda qırmızı vərəqə yox idi. İkinci hissədə isə zəif oynadıq”.
0
0