Tovuzda istefa sədaları
29.09.2012 - 17:34
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasında “Xəzər Lənkəran”la ev oyununda istefaya çağırılıb. Apasport.az saytının məlumatına görə, 52 yaşlı mütəxəssis komandası ilk hissədə hesabda 0:1 geridə olan zaman azarkeşlərdən ünvanına istefa şüarlarını eşidib.
Ancaq fasilədən sonra hər şey Abdullayev üçün uğurlu olub. Belə ki, onun meydana buraxdığı malili hücumçu Salif Ballo keçmiş komandasına qapısına ikinci hissənin əvvəlində 3 dəqiqəyə 2 qol vuraraq, “Turan”a 2:1 hesablı əzmkar qələbə qazandırıb.

0
0