Əsgər Abdullayev tovuzlu azarkeşlərin etirazına cavab verdi
29.09.2012 - 17:35
“Biz məqsədimiz ilk yarıda rəqibi yormaq, ikinci hissədə isə qol vurmaq idi”. Apasport.az saytının xəbərinə görə, bunu “Turan”ın baş məşqçisi əsgər Abdullayev deyib.
Tovuz təmsilçisi bu gün Premyer Liqanın VII turu çərçivəsində “Xəzər Lənkəran”ı qəbul etdi. Matçın gedişində məğlub duruma düşdükdən sonra tovuzlu azarkeşlər Abdullayevi istefaya səslədi. Bununla bağlı danışan baş məşqçi bildirib ki, getməyə hazır imiş: “Fasilədə futbolçulara dedim ki, azarkeşlər məni istefaya səsləyir. Getməyə hazıram. Amma qalib gəlib getmək istəyirəm. Onlar da söz verdilər ki, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Azarkeşləri də qınamaq olmur. Onlar azlıqda qalan komandaya uduzmaqla barışmırdılar”.

0
0