Vaqif Sadıqov: Nəticəni ədalətli hesab edirəm
29.09.2012 - 17:51
AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov Premyer Liqanın VII turunda “Qəbələ” ilə səfər matçından sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, Sadıqov qolsuz bərabərliklə yekunlaşan oyunda nəticəni ədalətli hesab edib: “Qəbələ”nin iki hücumçu ilə oynayacağını bilirdik. Ramiz müəllim hücumameylli futbola üstünlük verir. Oyunun gərgin məcrada keçəcəyini gözləyirdik, belə də oldu. Nəticəni oyuna görə ədalətli hesab edirəm. Ramiz müəllimi təbrik edirəm və gələcəkdə uğurlar arzulayıram”.
0
0