Ramiz Məmmədov debüt matçından danışdı
29.09.2012 - 17:54
“Komandada ruh düşkünlüyü var idi”. apasport.az saytının xəbərinə görə, bunu “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib.
Türkiyəli Fatih Kavlakın istefasından sonra əyalət təmsilçisini AZAL-la oyuna çıxaran Məmmədov debüt matçından qolsuz bərabərliklə ayrıldı. Onun fikrincə, yaradılan imkanlardan istifadə edə bilsəydilər, qələbə qazanardılar: “Əsas heyətin bir neçə futbolçusundan yararlana bilmədim. İkinci hissədə bir sıra gənc oyunçuya şans verdim. Onlar da etimadımı doğrultdular. AZAL-ın ikinci yerdə olması təsadüfü deyil. Çox güclü komandadır. 100 faizlik qol imkanlarımız olsa da, istifadə edə bilmədik. İmkanlardan yararlansaydıq, qalib gələ bilərdik”.

0
0