Mərkəzi oyundan sonra “bəy tərifi”
29.09.2012 - 19:38
Mərkəzi oyundan sonra “bəy tərifi”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın VII turunun “Simurq”la səfər matçı barədə fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, Ağdam təmsilçisinin çalışdırıcısı komandasının çıxışından razı qaldığını bildirib: “Rəqibi təbrik edirəm. Turnir cədvəlində yerini qoruya bildi. Komandama təşəkkür edirəm. Yaxşı oynadıq. Qol imkanlarımız olsa da, yararlana bilmədik. Zaqatala mənim üçün doğmadır. Bu komandanın uğurlarına sevinirəm, həmişə də azarkeşlik edəcəm. Artıq oyunlarımızı ciddiyə almalıyıq”.

“Simurq” klubunun baş məşqçisi Georgi Çıxradze isə matçın çox maraqlı və gözəl keçdiyini söyləyib: “Biz ilk hissəni topsuz oynadıq. Lakin ikinci hissədə qol imkanlarımız oldu. “Qarabağ” kimi komandadan bir xal almaq yaxşı nəticədir. Qurban Qurbanova və “Qarabağ”a uğurlar arzulayıram. Qarabağ Azərbaycanın ən yaxşı komandalarından biridir”.

Qeyd edək ki, Zaqatalada keçirilən matçda qapılara top vurulmayıb.