Bu gününə də şükür, “Xəzər Lənkəran”...
29.09.2012 - 23:01
Topaz Premyer Liqasının startı “Xəzər Lənkəran” üçün uğursuz alındı. Apasport.az saytının məlumatına görə, 6 oyun keçirən cənub təmsilçisi VII turun ilk günündən sonra 11-ci pilləyə yuvarlanıb.
Hazırda sonuncu olan “Kəpəz” bu gün qələbə qazanacağı halda, Yunis Hüseynovun yetirmələri zirzəminin ən aşağısına düşəcək. Cənubluların belə çıxışı bir sıra məqamlarla müşaiət olunur.
Uğursuz start. “Xəzər Lənkəran”ın tarixinə nəzər salsaq, klub tarixində bundan da zəif start olub. 7 il əvvəl – 2005/06 mövsümündə ilk 6 oyundan sonra komandanın hesabında cəmi 3 xal var idi.
“Xəzər Lənkəran”ın ilk 6 oyunu
2004/05 3 2 1 6-4 11
2005/06 1 0 5 4-8 3
2006/07 5 1 0 9-2 16
2007/08 6 0 0 14-1 18
2008/09 5 0 1 15-3 15
2009/10 3 2 1 7-4 11
2010/11 4 2 0 7-0 14
2011/12 5 1 0 11-3 16
2012/13 1 2 3 7-7 5
Zirzəminin 1 addımlığında. Hazırda 11-ci olan “Xəzər Lənkəran” üçün bu mövqe heç də antirekord deyil. Yuxarıda qeyd etdiyimiz 2005/06 mövsümündə cənublular daha acınacaqlı duruma düşüb. Həmin vaxt 2005-ci il oktyabrın 2-də “Qarabağ”a məğlubiyyət komandanı 13-cü pilləyə yuvarlayıb. Onda 14 komandanın yarışdığı çempionatda lənkəranlılar yalnız “Göyəzən”dən öndə olublar. Yəni, indiki kimi sondan 2-ci. 7 ildən sonra belə duruma düşən “Xəzər Lənkəran” yenə eyni halla üzləşib.
Ardıcıl 3 məğlubiyyət. “Xəzər Lənkəran” 11-ci pilləyə ardıcıl 3 dəfə uduzmaqla düşüb. “Neftçi”yə 1:2, “Simurq”a 0:2 yenilən komanda bu dəfə “Turan”a 1:2 hesabı ilə məğlub oldu. 7 il əvvəlki ilə müqayisədə indi vəziyyət nisbətən şükürlüdür. Həmin vaxt cənublular ardıcıl 5 dəfə uduzmuşdu.
2484 gündən sonra. 7 il əvvəl uğursuz start götürən, 2 autsayderdən biri olan və məğlubiyyət seriyası ilə antirekordlar müəyyənləşdirən “Xəzər Lənkəran” “Turan”a da həmin vaxt uduzmuşdu. 2005-ci il dekabrın 11-də Tovuzda 0:1 hesabı ilə uduzan cənublular 2484 gün idi ki, qərb təmsilçisinə yenilmirdi. Premyer Liqada bu rəqibə 2-ci dəfə uduzan “Xəzər Lənkəran” son 13 oyunda xalsız qalmamışdı.
Üstəlik, həmin məğlubiyyətdən sonra Tovuzda baş tutan 6 oyunun hamısında qonaqlar qaib gəlmişdi.
“Xəzər Lənkəran” ardıcıl 5 oyun idi “Turan”a xal da vermirdi. 2009-cu il sentyabrın 9-da öz meydanında 1:1 hesabına üzülən lənkəranlılar 1113 gündən sonra rəqibinə xal verdi.

0
0