Kanadalı məşqçi: Bu, ən yaxşı dünya çempionatıdır
29.09.2012 - 21:42
“Bu mənim 17 yaşınadək komandayla iştirak etdiyim üçüncü dünya çempionatıdır”. Apasport.az saytının xəbərinə görə, bunu 17 yaşadək qızlardan ibarət Kanada millisinin baş məşqçisi Brayan Rosenfeld deyib.
Kanada yığması dünya çempionatının III turunda millimiz üzərində 1:0 hesablı qələbə qazanmaqla, 1/4 finala çıxıb.
Qazanılan uğurla bağlı danışan kanadalı çalışdırıcı yarışın təşkilatçılığından da razı qaldığını bildirib: “Əminliklə deyə bilərəm ki, bu, təşkilatçılıq baxımından ən yaxşı dünya çempionatıdır. Azarkeşlər oyunlara gəlib. Bizə dəstək olurlar. Bundan gözəl nə ola bilər? Bu dünya çempionatı Azərbaycanda futbolun inkişafına müsbət mənada öz təsirini göstərəcək. Hər şey yüksək səviyyədə təşkil olunub”.

0
0