Sissi Rayt: Axmaq qol buraxmasaydıq...
29.09.2012 - 23:02
“Bu dünya çempionatı bizim komanda üçün böyük təcrübə oldu”. Apasport.az saytının xəbərinə görə, bunu 17 yaşadək qızlardan ibarət milli komandamızın baş məşqçisi Sissi Rayt deyib.
İlk dəfə dünya çempionatının final mərhələsinə qatılan yığmamız artıq yarışla vidalaşıb. Komandamız III turda Kanadaya uduzsa da, almaniyalı mütəxəssis millinin oyunundan razı qaldığını söyləyib: “Son turda çox yaxşı oynadıq. Komandamın Kanada ilə oyunundan razı qaldım. Ardıcıl 2 məğlubiyyətdən sonra bu cür oynamaq çətin idi. Buna baxmayaraq, qızlar əzmkarlıq nümayiş etdirdilər. Çox axmaq qol buraxdıq. Əgər bu qolu buraxmasaydıq, bərabərlik qeydə alınardı. Bütün hallarda, mən qızlarla fəxr edirəm”.

0
0